COVID-19 !!! Seçimini evdən et

ÜZVLÜK VƏ İSTİFADƏÇİ MÜQAVİLƏSİ

 

Hazırki Üzvlük və İstifadəçi Müqaviləsi (bundan sonra “Müqavilə”) internet şəbəkəsi istifadəçisi (bundan sonra “İstifadəçi”) ilə goldbazar.az saytının (bundan sonra “Sayt”)  moderatoru (bundan sonra “Moderator”) arasında Saytda nəzərdə tutulmuş xidmətlərdən istifadə olunması barədə razılıqdan ibarətdir. Saytda qeydiyyatdan keçən və mağaza sorğusu göndərən hər bir İstifadəçi Üzv hesab olunur və bu Müqavilənin bütün şərtlərini qəbul edir.

 

 

1.1. Bu Müqaviləyə əsasən İstifadəçi Üzv olmaq üçün Moderatora məxsus olan Saytda qeydiyyatdan keçən və mağaza sorğusu göndərərək Üzv statusunu qazanan İstifadəçiyə aid qızıl, gümüş, brilliant, daş-qaş və digər zərgərlik məmulatlarının (bundan sonra “Məhsullar” adlandırılacaq) elanını paylaşır (bundan sonra “Xidmətlər” adlandırılacaq), Moderator isə Xidmətləri təsdiq edir və ya bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada təsdiqindən imtina edir.

1.2. Üzv Sayta mağaza açmaq istəyini göndərə bilər. Bu halda həmin istək Moderator tərəfindən incələnərək, Saytın bütün daxili qaydalarına və cari qanunvericiliyə uyğun olduğu təqdirdə Moderator Saytda Üzvün mağaza açmasını təsdiq edəcəkdir. Saytın daxili qaydalarına və cari qanunvericiliyə zidd olan məsələlər aşkar edilərsə, Moderator Üzvün Saytda mağaza açmaq istəyini rədd edə bilər.

1.3. Sayt Üzvünə məxsus Məhsulların elanlarının yerləşdirilməsi yolu ilə onun Məhsullarını daha geniş Alıcı kütləsinə göstərmək məqsədilə Xidmətlər həyata keçirir.

1.4. Müqavilədə ilkin olaraq qiymət şərti nəzərdə tutulmamışdır. Sonradan Moderator öz müstəsna səlahiyyətindən istifadə edərək birtərəfli qaydada Müqavilə üçün bəlli bir ödəniş məbləği və ödənişin həyata keçirilmə qaydasını müəyyənləşdirə bilər.

 

  1.  2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1 “İstifadəçi”lərin hüquq və öhdəlikləri:

2.1.1. Üzv öhdəsinə götürür ki, elanının Moderatora məxsus saytda yerləşdirilməsini istədiyi Məhsullar ona məxsusdur və həmin Məhsullar üçüncü şəxslərin hüquq və öhdəliklərindən azaddır. Əks təqdirdə Moderator bununla bağlı heç bir məsuliyyət daşımır.

2.1.2. Sayta Üzv olan hər bir İstifadəçi bununla əldə etdiyi hər hansı hüququ üçüncü şəxslərə ötürməyəcəyini qəbul edir.

2.1.3. Sayta Üzv olan hər bir İstifadəçi qeydiyyatdan keçərkən Sayta daxil etdiyi şəxsi məlumatlarının və digər bilgilərin doğruluğunu və qanunvericiliyə zidd olmadığını və bu müddəanı pozacağı təqdirdə yaranmış olan bütün zərərin və əldən çıxmış faydanın ödənilməsi üçün cavabdehlik daşıdığını qəbul edir. Bu maddədə nəzərdə tutulmuş hal ilə bağlı Moderator heç bir məsuliyyət daşımır.

2.1.4. Üzv Saytdan istifadə edərkən qanuvericiliyin şərtlərini pozmayacağını, qeyri-etik hərəkətlərə yol verməyəcəyini, digər İstifadəçilərin hüquqlarını pozmayacağını, onların da Saytın xidmətlərindən yararlanmasına maneçilik törətməyəcəyini və əks halda bu Müqavilə və qanunvericiliklə məsuliyyət daşıyacağını qəbul edir.

2.1.5. Saytla bağlı müəlliflik hüquqları AR qanunvericiliyi və bu Müqavilə ilə qorunur və İstifadəçi heç bir şəkildə müəlliflik hüquqları ilə bağlı məlumatı əldə etmək və ya istifadə etməklə haqsız rəqabətə səbəb olmayacaqlarını qəbul edir. Bu maddənin Üzv olub-olmamasından asılı olmayaraq hər hansı İstifadəçi tərəfindən pozulması məsuliyyətə səbəb olur.

2.1.6. Üzvlər Moderatorun onların Saytda fəaliyyəti ilə bağlı tələb etdiyi dəyişiklikləri yerinə yetirməlidir və dəyişikliyin Üzv tərəfindən yerinə yetirilməməsi nəticəsində yarana biləcək zərərlə bağlı məsuliyyət Üzvə aiddir. Bu maddədə nəzərdə tutulmuş dəyişikliklər yerinə yetirilmədiyi təqdirdə lazımı dəyişikliklər Moderator və ya Sayt idarəçiləri tərəfindən ediləcəkdir.

2.1.7. Üzvlər Saytda istifadə edilən proqramlar vasitəsilə hər hansı məhsul, xidmət, kampaniyalar, endirimlərlə bağlı məlumatlar, reklamlar almağı qəbul edir.

2.2 Moderatorun hüquq və öhdəlikləri

2.2.1. Moderator zərurət olarsa, işin keyfiyyətli icrası üçün Saytın Üzvündən yayımlanacaq və Üzvə məxsus məhsulun loqo və digər qrafik təsvirlərini tələb edə bilər.

2.2.2. Moderator İstifadəçinin yaşının 18-dən (on səkkiz) aşağı olduğu halda, ona üzvlük Xidmətlərinin göstərilməsindən imtina edəcək və həmin İstifadəçinin üzvlük üçün müraciəti də rədd ediləcəkdir

2.2.3. Moderator Üzv olub olmamasından asılı olmayaraq hər hansı İstifadəçinin Saytdakı fəaliyyətinin Sayt üçün maddi və ya digər zərərlə nəticələnəcəyini, ya da bu Müqaviləyə və ya cari qanunvericiliyə uyğun olmadığını aşkarladığı anda bu Müqaviləyə birtərəfli qaydada xitam verməklə bağlı müstəsna səlahiyyətə malikdir.

2.2.4. Moderator Saytın Üzvlərini Saytdan istifadə etmək üçün lazımı həddə texnoloji təminatlarla (lazımi hədd Moderator tərəfindən müəyyən edilir və qeyri-məhdud deyildir) təmin edir. Bu təminatların paylaşılması Moderator tərəfindən (öz müstəsna səlahiyyətindən istifadə edərək) uyğun görüldüyü zaman tam və ya qismən dayandırıla bilər.

2.2.5. Moderator Saytda təqdim etdiyi bütün xidmətləri, Üzvlərin sayta yerləşdirdiyi məlumatları İstifadəçi və Üzvlərə heç bir xəbərdarlıq etmədən dəyişdirə, onların Sayta girişini və ya yerləşdirilməsini məhdudlaşdıra, ləğv edə və ya silə bilər.

2.2.6. Moderatorun və ya Sayt idarəçilərinin İstifadəçi və ya Üzvlərin məlumatlarının doğruluğunu araşdırmaq və ya yoxlamaq kimi bir öhdəliyi yoxdur.

 

 

 

3.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və bu Müqavilənin predmeti olan Xidmətlərin əsasını təşkil edən elanın Müqavilədə qeyd edilmiş saytdan Moderator tərəfindən silinənədək qüvvədə qalır.

3.2. Moderator öz müstəsna hüququ əsasında qarşı Tərəfə xəbərdarlıq etmədən dərhal Müqaviləyə xitam verə və həmin Tərəfi Üzvlükdən çıxara bilər.

3.3. Üzv Saytda üzvlükdən çıxmaq istədikdə, bu barədə Moderatora 7 (yeddi) iş günü qabaqcadan yazılı bildiriş göndərməlidir. Moderator həmin bildirişi təsdiq etdikdən sonra Üzv Saytdakı üzvlüyündən çıxa və Müqaviləyə xitam verə bilər.

 

3.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və bu Müqavilənin predmeti olan Xidmətlərin əsasını təşkil edən elanın Müqavilədə qeyd edilmiş saytdan Moderator tərəfindən silinənədək qüvvədə qalır.

3.2. Moderator öz müstəsna hüququ əsasında qarşı Tərəfə xəbərdarlıq etmədən dərhal Müqaviləyə xitam verə və həmin Tərəfi Üzvlükdən çıxara bilər.

3.3. Üzv Saytda üzvlükdən çıxmaq istədikdə, bu barədə Moderatora 7 (yeddi) iş günü qabaqcadan yazılı bildiriş göndərməlidir. Moderator həmin bildirişi təsdiq etdikdən sonra Üzv Saytdakı üzvlüyündən çıxa və Müqaviləyə xitam verə bilər.

 

5.1. Moderator barədə İstifadəçiyə məlum olan hər hansı məlumat (şifahi və yazılı olmasından asılı olmayaraq) Moderatorun yazılı razılığı olmadan üçüncü tərəfə ötürülə bilməz. İstifadəçi Müqavilə çərçivəsində Moderatordan əldə etdiyi məlumatları, istər Müqavilə müddətində, istərsə də Müqavilə müddəti bitdikdən sonra digər tərəflər qarşısında bilavasitə və ya dolayı yolla aşkarlaya bilməz.

5.2. Moderator cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Moderatorun elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Moderatorun İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Moderatorun onlayn kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığı barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər. Moderator İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və onun hüquqlarını pozmamalıdır.

5.3. Üzv özünə məxsus “istifadəçi adı” və ya “parol”u üçüncü şəxslərə aşkar etdiyi təqdirdə, bu məlumatların həmin üçüncü şəxslər tərəfindən işlədilməsi, yayılması, bunun nəticəsində digər Üzvlərin və İstifadəçilərin, Moderatorun uğradığı və ya uğraya biləcəyi hər hansı zərər və əldən çıxmış fayda üçün tam məsuliyyət daşıyır.

5.4. Üzvün hər kəsə açıq paylaşdığı əlaqə məlumatları vasitəsilə onunla əlaqə qurula bilər və həmin və digər açıq paylaşılmış şəxsi və ya məhsullarla bağlı məlumatların 3-cü şəxslərlə paylaşılma ehtimalını qəbul edir.

5.5. İstifadəçi Müqavilənin 5.2-ci maddəsində qeyd edilmiş şərtlərə heç bir şəkildə etiraz etmir.

5.6. Tərəflərin bu müqavilənin 5.1, 5.2, 5.3-cü maddələri ilə nəzərdə tutulmuş öhdəlikləri Müqаvilənin qüvvədə olma müddətinin bаşа çаtmаsından və ya ona xitam verilməsindən asılı olmayaraq qüvvədə qalır.

6.1. İstifadəçilər Sayta Üzv olduqları təqdirdə onlar tərəfindən yerləşdirilən elanlar, məlumatlar, onların doruluğu, yayılması, bu Müqavilənin 2.1.6-cı maddəsində nəzərdə tutulan və onlar tərfindən edilmiş dəyişiliklər, rəylərlə bağlı tam məsuliyyət daşıdıqlarını və Moderatorun heç bir məsuliyyət daşımadığını qəbul edirlər.

6.2. Sayt Üzvlərin orada paylaşdığı məhsullar və məhsullarla əlaqəli məlumatların açıq paylaşılmasına imkan yaradır və bu səbəbdən də 3-cü şəxslərin bu Sayt vasitəsilə aldıqları məhsulların qüsurlu, qeyri-qanuni üsulla mənimsənilmiş və ya hər hansı digər xətalı olması ilə bağlı Moderator heç bir məsuliyyət daşımır. Bununla bağlı cavabdehlik tam şəkildə həmin məhsulun satış elanını paylaşan Üzvə aiddir.

7.1. Hər bir İstifadəçi Sayta daxil olarkən Saytda yerləşdirilmiş və bu Müqavilədə nəzərdə tutulmuş qaydaları nəzərdən keçirdiyini, onları qəbul etdiyini, Azərbaycan Respublikasının qanunvericiliyinə və etiket qaydalarına riayət edəcəyini təsdiqləyirlər.

7.2. Yalnız qeydiyyatdan keçmiş İstifadəçi, yəni Üzv Saytın Xidmətlərindən istifadə edə, o cümlədən, özünün mağazasını yarada, məlumat yerləşdirəvə məlumatlar göndərə bilərlər.

7.3. Üzvün öz logininin və parolunun təhlükəsizliyinə görə özü cavabdehdir və onları üçüncü şəxslərə vermək, yaxud açıqlamaq hüququ yoxdur. Üzvə məxsus login və paroldan istifadə etməklə Saytda aparılan bütün əməliyyatlar Üzv tərəfindən icra edilmiş hesab olunur.

7.4. Üzv məlumatları yerləşdirdikdə və Xidmətdən digər şəkildə istifadə etdikdə aşağıdakı şərtlərə və məhdudiyyətlərə əməl etməlidir:

7.5. Üzv razılaşır ki, Moderator istənilən materialları silmək, yaxud səbəbini izah etmədən Moderatorların profillərini bloklaşdırmaq və ya ləğv etmək hüququna malikdir.

7.6. İstifadəçinin hərəkətləri vətəndaşların, Saytın digər istifadəçilərinin hüquqlarını, o cümlədən, şəxsi həyatın toxunulmazlığı, şəxsi və ailə sirri, şərəf, ləyaqət və təmiz ad hüquqlarını pozmamalıdır.

7.7. İstifadəçi razılaşır ki, girişi bağlı və ya məhdud olmayan məlumatlar (və ya hər hansı hissəsi) hamı üçün açıqdır və onun məxfilik rejiminin qorunması tələb olunmur.

7.8. Üzv Saytda yerləşdirdiyi Elanın və ya hər hansı məlumatların qanunvericiliyin və bu Müqavilənin tələblərinə uyğun olmasına görə təkbaşına məsuliyyət daşıyır.

7.9 Ödənişsiz vaxtda açılan (Super Mağaza) Mağazalarda mağaza açan mağaza logo və profilini doldurmalı və mağazasını istifadə etməlidir.Super Mağaza Paketi hədiyyə olunduğuna görə online mağazasına minimum 50 model yükləməlidir. İstifadə olunmayan(model yeklənməyən) mağazalar açıldıqdan 30 gün sonra xəbərdar olunmadan silinəcəkdir.Silinən mağaza üçün istifadəçi (mağaza sorğusu göndərən) Goldbazar.az-dan heç bir haqq tələb edə bilməz

8.1. Üzvün aşağıda qeyd edilmiş Məhsulların elanını tələb etməsi qadağandır və bu Müqavilənin 8-ci bəndinin müddəalarının Üzv tərəfindən pozulduğu təqdirdə, Üzv Moderatora bununla bağlı dəymiş zərəri tam şəkildə ödəyəcək və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqdır:

8.2. Bu Müqavilənin 8-ci maddəsində qeyd edilən Məhsulların elanda yerləşdirilməsi ilə bağlı bütün məsuliyyət İstifadəçinin üzərinə düşür və Moderator bununla bağlı heç bir məsuliyyət daşımır.

9.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir. Bu bəndin tələblərinə əsasən pretenziya vermiş tərəf pretenziyada göstərilən müddətdə digər tərəfin cavabını almadıqda və ya aldığı cavabla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

9.2. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.

İstifadəçi hər hansı sualla və ya Saytda qarşılaşdığı problemlə əlaqədar info@goldbazar.az e-poçt ünvanı vasitəsilə Moderator ilə əlaqə saxlaya bilər.

Geri Rəylər